Tokio şəhər administrasiyası COVID-19-a yoluxma dinamikasının kəskin artması ilə əlaqədar ölkə rəhbərliyinə müraciət edib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Şəhər rəhbərliyi koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsinə dair sərt qərarların verilməsini tələb edib.
Tokionun qubernatoru bildirib ki, mutasiya etmiş yeni koronavirus ştamlarının yayılması yoluxmanın kəskin səviyyədə artmasına gətirib çıxara bilər.
Qeyd edək ki, son məlumata əsasən, Yaponiyada 489 576 şəxsin COVID-19 virusuna yoluxması aşkar edilib, 9 279 nəfər pandemiyanın qurbanı olub.