Qız qaçırma olayı faciə ilə bitdi

Qız qaçırma olayı faciə ilə bitdi
  • Dünya

  • Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində qızqaçırtma olayı böyük rezonans doğurub.

    LEQAL.AZ yerli KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı şəhərin mərkəzində qaçırılıb. Qızın yaxınları hadisəni yaxın qohumlarının evlənmək məqsədilə ilə təşkil edə biləcəyini təxmin ediblər.

    Qaçırılma hadisəsindən 2 gün sonra qızla oğlanın cəsədi mənzillərdən birində tapılıb. Ehtimal olunur ki, qızla mübahisə edən oğlan onu boğub və sonra özünə qəsd edib.

    Hadisə Qırğızıstan gündəmində ən müzakirə olunan çevirilib. Bu gün şəhərin mərkəzində toplaşan etirazçılar daxili işlər nazirini istefaya verməyə səsləyiblər. Hökumət rəsmiləri qızın qaçırılmasında əli olan şəxslərin cəzalandırılacağını açıqlayıblar.

    Prezident Japarov isə məsələni şəxsi nəzarətinə götürdüyünü elan edib.

    Qırğızıstandan hər il mindən çox qızqaçırtma halı qeydə alınır. Bu hadisələrin yalnız 20%-i məhkəməyə çıxır./modern.az
    PAYLAŞ:

    Oxşar xəbərlər