Avstriyanın şərq regionlarında sərt karantin rejiminin müddəti aprelin 18-dək uzadılıb

Avstriyanın şərq regionlarında sərt karantin rejiminin müddəti aprelin 18-dək uzadılıb
  • Dünya

  • Avstriyanın şərq əyalətlərində (Vyana, Aşağı Avstriya və Burqenland) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan sərt karantin rejiminin müddəti aprelin 18-dək uzadılıb.

    LEQAL.AZ xəbər verir ki, hökumətin mətbuat konfransında bu qərarın federal əyalətlərin qubernatorları, müxalifət partiyaları və ekspertlərlə məsləhətləşmələrdən sonra qəbul olunduğu bildirilib. Qeyd edilib ki, xüsusi yaradılmış “açılım komissiyası“ may ayından etibarən tətbiq ediləcək sadələşdirmələri hazırlayacaqdıır.

    Sərt karantin rejiminin müddətinin uzadılması üçün əsas səbəb kimi xəstəxanaların reanimasiya şöbələrində koronavirus xəstələrinin sayının yüksək olması göstərilib. Hazırda Avstriyanın Avropa ölkələri arasında vaksinasiyanın səviyyəsinə görə ilk onluqda yer aldığını bildirən hökumət başçısı Sebastian Kurts peyvəndləmə prosesini sürətləndirmək üçün digər istehsalçılarla danışıqlar aparıldığını söyləyib. Diqqətə çatdırılıb ki, ölkədə peyvənd yaşlı 7,5 milyon sakinin 5 milyon nəfəri vaksinasiya prosesində iştirak etmək istəyir və onların artıq 20 faizinə peyvəndin ilk və ya ikinci komponenti vurulub./azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər