Avstriyanın regionlarında bir həftəlik sərt karantin rejimi tətbiq olunacaq

Avstriyanın regionlarında bir həftəlik sərt karantin rejimi tətbiq olunacaq
  • Dünya

  • Avstriyanın şərq əyalətlərində (Vyana, Aşağı Avstriya və Burqenland) koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, bu əyalətlərin qubernatorları Səhiyyə Nazirliyi ilə sərt karantin rejiminin tətbiqinə dair razılığa gəliblər.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, axşam saatlarında keçirilən birgə mətbuat konfransında sərt karantin rejiminin 1-6 aprel tarixlərində qüvvədə olacağı elan edilib. Pasxa bayramını əhatə edən həmin müddət ərzində qeyd edilən əyalətlərdə gündəlik tələbat malları və ərzaq istisna olmaqla bütün növ ticarət, eləcə də ictimai-iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq. Ümumtəhsil məktəblərində isə Pasxa tətilindən sonrakı həftə dərslər distant formada keçiriləcək.

    Bildirilib ki, xüsusi səbəb olmadıqca (alış-veriş, işə gediş, ev heyvanlarını gəzdirmək və s.) vətəndaşlara evi tərk etmək qadağan ediləcək. Peşə fəaliyyəti ilə məşğul olan şəxslər həftədə bir dəfə ya testdən keçməli, ya da “home office” imkanından istifadə etməlidirlər.

    Aprelin 7-dən sonra isə ticarət obyektlərinə giriş yalnız müvafiq mənfi testlər əsasında mümkün olacaqdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər