Şimali Koreyada koronavirusa hələ də heç bir yoluxma

Şimali Koreyada koronavirusa hələ də heç bir yoluxma
  • Dünya

  • Şimali Koreyada pandemiyanın əvvəlindən bu yana 21,6 min koronavirus testi keçirilsə də, onların hamısı mənfi nəticə göstərib.

    Bu barədə YTN televiziyası Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, Şimali Koreyada əvvəlki kimi koronavirusa heç bir yoluxma aşkarlanmayıb.Ölkədə 12-18 mart tarixlərində 753 nəfərdən test nümunələri götürülüb, onlardan 131-də qrip və kəskin respirator virus infeksiyalarının simptomları olub.

    Xatırladaq ki, Şimali Koreya ötən ilin yanvar ayından xəstəliyin ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə sərhədlərini bağlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər