Ukraynada son sutkada pandemiya dövründə koronavirusdan rekord ölüm halı qeydə alınıb.
LEQAL.AZ-ın məlumatına görə, Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, son sutkada Ukraynada 333 nəfər koronavirusdan vəfat edib. Buna qədər sutkada ən çox ölüm faktı 289 olub.
Artıq Ukraynada pandemiya dövründə koronavirusdan ölənlərin sayı 30 min 431-ə çatıb.
Qeyd edək ki, Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün vilayətlərin əksəriyyətində karantin rejimini sərtləşdirib.