ÜST: Ötən həftə koronavirusla bağlı ölüm hallarının yeni anirekordu qeydə alınıb

ÜST: Ötən həftə koronavirusla bağlı ölüm hallarının yeni anirekordu qeydə alınıb
  • Cəmiyyət

  • Ötən həftə dünyada koronavirus səbəbindən 96 mindən çox insan vəfat edib. Bu, pandemiya başlanandan bəri ən yüksək həftəlik göstəricidir. Bununla bərabər, dalbadal üçüncü həftədir ki, yeni xəstələnənlərin sayı azalır.

    LEQAL.AZ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə istinadla xəbər verir ki, ötən həftə təqribən 3,7 milyon nəfərin COVID-19-a yoluxması aşkar edilib. Bu, əvvəlki həftə ilə müqayisədə 13 faiz azdır.

    ÜST-nin məlumatına görə, yanvarın 25-dən 31-dək dünyada koronavirus infeksiyası səbəbindən 96.364 ölüm faktı qeydə alınıb. Bundan əvvəlki antirekord göstərici yanvarın 18-dən 24-dək qeydə alınmışdı (95.991 ölüm faktı).

    Ötən həftə yeni yoluxanların sayı 3.686.110 nəfər olub. Bu, əvvəlki həftədə qeydə alınmış 4.104.947 ölüm faktı ilə müqayisədə xeyli azdır.

    Ötən həftə yeni xəstələnənlərin sayının əhəmiyyətli dərəcədə azalması Afrikada (27 faiz) və Avropa regionunda (18 faiz) qeydə alınıb. Bu regionlarda ölüm halları da azalıb (hər iki halda 8 faiz), lakin Qərbi Sakit okean regionunda ölüm hallarının 21 faiz, Şərqi Aralıq dənizi bölgəsində 9 faiz, Qərb yarımkürəsində 4 faiz artması qeydə alınıb.

    Yanvarın 25-dən 31-dək olan dövrü əhatə edən yeddi gün ərzində Şimali və Cənubi Amerikada 1,8 milyondan çox insan xəstələnib, 47 mindən çox adam ölüb. Avropada yeni yoluxanların sayı 1,25 milyondan çox, ölüm hallarının sayı 36 mindən çox artıb. Cənub Şərqi Asiyada həkimlər 200 mindən çox yeni yoluxma faktını aşkar ediblər. Bu regionda ölənlərin sayı 3 mindən çox olub.

    Ötən həftə ərzində ABŞ-da yoluxanların sayı 1,07 milyondan çox artıb. Bu göstərici üzrə sonrakı yerləri Braziliya (364 mindən çox), Böyük Britaniya (178 mindən çox), Fransa (141 mindən çox), Rusiya (131 mindən çox), İspaniya (109 mindən çox), Meksika (109 mindən çox), Hindistan (91 mindən çox), Kolumbiya (90 mindən çox) və İndoneziya (88 mindən çox) tutur.

     
    PAYLAŞ:

    Oxşar xəbərlər