Slovakiya hökuməti yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vətəndaşların xarici ölkələrə səyahət etmələrini müvəqqəti qadağan edib.
Bu barədə LEQAL.AZ Slovakiya televiziyasına istinadən xəbər verir. Qeyd olunub ki, qadağanı pozanlar 1 000 avro məbləğində cərimə ediləcək.
Bildirilib ki, respublikada epidemioloji vəziyyət yaxşı deyil. Ölkədə virusun yeni növləri yayılmağa başlayıb. Yeni ştamları xaricdə istirahət edərək ölkəsinə geri qayıdan Slovakiya vətəndaşları gətirib.
Slovakiyada koronavirusa yoluxanların ümumi sayı 346 149 nəfərdir. Müalicə alan 8 894 nəfərin həyatını xilas etməm mümkün olmayıb.