Afrika qitəsində COVID-19-a yoluxanların ümumi sayı 4 milyonu ötüb. Rəsmi məlumatlara görə, pandemiya dövründə Afrika ölkələrində 106 279 nəfər yeni növ koronavirusdan həyatını itirib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, pandemiyanın ən çox yayıldığı Cənubi Afrika Respublikasında indiyədək 1 milyon 521 min nəfər COVID-19-a yoluxub, 50 803 pasiyent isə ölüb.
Yoluxma sayına görə sonrakı yerləri Mərakeş (486 325 nəfər), Tunis (238 min nəfər), Misir (188 min nəfər) tutur.
COVID-19-dan ölüm hallarına görə Cənubi Afrikadan sonra ən ağır vəziyyət Misirdə (11 100 pasiyent), Mərakeşdə (8683 pasiyent) və Tunisdədir (8280 pasiyent).