Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu, ölənlərin sayı 1,5 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu, ölənlərin sayı 1,5 milyonu ötüb
  • Dünya

  • Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 65 milyon nəfəri ötüb.

    LEQAL.AZ pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dekabrın 3-də dünyada koronavirusa daha 679 min 190 yoluxma halı aşkarlanıb. Həmçinin ötən sutka ərzində 12 min 684 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.

    Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 65 milyon 600 min 298 nəfərə, ölənlərin sayı isə 1 milyon 513 min 129 nəfərə çatıb. Eyni zamanda, 45 milyon 431 min 944 nəfər sağalıb, müalicəsi davam edən 18 milyon 655 min 225 xəstədən 106 min 459 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

    ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 14 milyon 535 mini ötüb. Hindistanda 9 milyon 571 min, Braziliyada 6 milyon 487 min, Rusiyada 2 milyon 402 min, Fransada 2 milyon 257 min yoluxma qeydə alınıb.

    Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatların payına düşür - 282 min 829 nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 175 min 307, Hindistanda 139 min 227, Meksikada 108 min 173, Böyük Britaniyada isə 60 min 113 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

    Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər