Misir əhali artımına görə ərəb dünyasında birinci yerdədir

Misir əhali artımına görə ərəb dünyasında birinci yerdədir
  • Dünya

  • Misir əhali artımına görə ərəb ölkələri arasında birinci, Afrika qitəsində isə üçüncü yerdədir. Bu məlumatı Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyi (CAMPAS) yayıb. Hazırda 100 milyondan çox əhalisi olan Misir bu göstəriciyə görə dünyada 14-cü yeri tutur.

    LEQAL.AZ xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisi keçirdiyi son müşavirələrdə əhalinin sürətlə artımı ilə bağlı narahatlığını ifadə edib. O qeyd edib ki, illik artımı 2,4 milyon nəfərdən 400 minə qədər azaltmadan ölkədəki bütün insanların rifahını təmin etmək mümkün olmayacaq. Dövlət başçısı əlavə edib ki, inkişaf proqramlarının hər kəsin rifahına təsirini təmin etmək üçün ölkənin ÜDM-nin illik həcmi 100 trilyon dollar olmalıdır ki, bu da Misirin imkanları xaricindədir.

    Misirin səhiyyə naziri Halə Zayid isə bəyan edib ki, əhalinin sürətli artımı fonunda səhiyyə xidmətinin də yaxşılaşdırılması problemə çevrilir. Bu problemin həlli məqsədilə ölkənin kənd və qəsəbələrində reproduktiv planlama və sağlamlıq layihələri həyata keçirilməlidir. Artıq Misirdə “İki uşaq bəsdir” şüarı altında ailə planlaması kampaniyasına start verilib.

    Son statistik məlumatlara görə, ötən il Misirdə 2 milyon 333 min uşaq dünyaya gəlib. Bu templə 2030-cu ildə ölkə əhalisinin sayının 130 milyona çatacağı gözlənilir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər