Latviyada koronavirusa yoluxanların sayı 90 minə yaxınlaşır

Latviyada koronavirusa yoluxanların sayı 90 minə yaxınlaşır
  • Dünya

  • Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 746 nəfər artaraq 89 min 414-ə çatıb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 563 min 542 nəfər müayinə olunub.

    Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 15 min 923 nəfərdən 746-nın testinin nəticəsi müsbət çıxıb.

    Ölkədə son sutka ərzində COVID-19-dan 14 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi ümumi rəqəmlərə əsasən, 78 min 507 nəfər təşkil edir.

    Latviyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
    PAYLAŞ:

    Oxşar xəbərlər