Latviyada koronavirusa yoluxanların sayı artıb

Latviyada koronavirusa yoluxanların sayı artıb
  • Dünya

  • Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 946 nəfər artaraq 78 min 643-ya çatıb.

    LEQAL.AZ-ın məlumatın görə, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 392 min 143 nəfər müayinə olunub.

    Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 12 min 251 nəfərdən 946-nın testinin nəticəsi müsbət çıxıb.

    Ölkədə son sutka ərzində COVID-19-dan 22 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 66 min 208 nəfər təşkil edir.

    Latviyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
    PAYLAŞ:

    Oxşar xəbərlər