Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 897 nəfər artaraq 17453-ə çatıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 38 min 164 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4993 nəfərdən götürülən testlərin 897-nin nəticəsi müsbət çıxıb.
Sağalanların sayı 4934-dir, yeni növ koronavirusdan 175 ölüm faktı qeydə alınıb. Yoluxma hallarının artacağı istisna olunmur.