Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 74 nəfər vəfat edib.
LEQAL.AZ-ın xəbərinə görə, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.
Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9205 nəfər COVID-19 infeksiyasına yoluxub.
Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 10 282, ağır xəstələr isə 1195 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 683 971 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 556 785 nəfər sağalıb, 28 432 nəfər isə həyatını itirib.