Türkiyədə COVID-19-dan 124 nəfər ölüb

Türkiyədə COVID-19-dan 124 nəfər ölüb
  • Dünya

  • ürkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 124 nəfər ölüb. 

    LEQAL.AZ-ın məlumatına görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 719 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

    Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 016, ağır xəstələr isə 1 615 nəfər olub.

    Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 485 182 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 740 431 nəfər sağalıb, 26 117 nəfər isə ölüb. 

     
    PAYLAŞ:

    Oxşar xəbərlər