Türkiyədə sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 140 nəfər ölüb.
LEQAL.AZ xəbər verir ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 min 277 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 min 860, ağır xəstələr isə 105 nəfər olub.