Nant şəhərində koronavirusun yeni ən yoluxucu Cənubi Afrika ştammının aşkarlanması nəticəsində 2 məktəb bağlanıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Fransa ərazisində koronavirusun ən yoluxucu Cənubi Afrika ştammına daha çox rastlaşıldığı bildirilir. Nantda ibtidai təhsil səviyyəsində Cənubi Afrika ştammına 2 şagirdin yoluxduğu aşkarlanıb. Virusun yayılmasının qarşısının alınması məqsədilə Nantda uşaq bağçaları, ibtidai siniflər də daxil olmaqla bir sıra məktəb və liseylər bağlanıb. Məktəblərin martın 8-dək bağlı qalacağı qeyd edilir.
Bildirilir ki, Luar-Atlantik departamentində koronavirusa yoluxanlar arasında virusun mutasiyaya uğramış Cənubi Afrika, Britaniya və Braziliya ştammlarına yoluxanlar 43 faiz təşkil edir.