ÜST: Koronavirusun yeni ştammı ilə bağlı vəziyyət nəzarətdən çıxmayıb

ÜST: Koronavirusun yeni ştammı ilə bağlı vəziyyət nəzarətdən çıxmayıb
  • Dünya

  • Koronavirusun mutasiyaya uğramış yeni forması Böyük Britaniya ilə yanaşı artıq Avstraliya, İtaliya, İslandiya, Niderland Krallığı və Danimarka da aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib ki, Danimarka istisna olmaqla bütün digər hallarda yeni ştamma yoluxma halları kütləvilik xarakteri daşımır.

    LEQAL.AZ xəbər verir ki, təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan isə koronavirusun yeni ştammı ilə bağlı vəziyyətin nəzarətdən çıxmadığını bildirib. Onun sözlərinə görə, yeni ştammın yayılma sürəti indikindən yüksək olacağı halda da, onun qarşısını almaq mümkün ola bilər. Buna görə də o, üzv ölkələri yeni mutasiyanın qarşısının alınması üçün tədbirləri gücləndirməyə çağırıb.

    ÜST-ün baş direktoru Tedros Gebreyesus isə sosial şəbəkədəki paylaşımında qeyd edib ki, virusların zaman keçdikcə mutasiyaya uğraması təbii və gözləniləndir. ÜST-ün indiyədək əldə etdiyi məlumatlara əsasən koronavirusun yeni ştammına yoluxan şəxslərdə xəstəliyin gedişatında xüsusi ağırlaşma halları müşahidə edilmir.

    “Biontech“ biotexnologiyalar şirkətinin sahibi Uğur Şahin isə ”Pfizer” konserni ilə birgə istehsal edilən vaksinin Böyük Britaniyada aşkarlanan yeni ştamma qarşı da yüksək təsir gücünə əmin olduğunu ifadə edib.

    Cənubi Afrika Respublikasında aşkarlanan koronavirusun yeni ştammının Böyük Britaniya variantı ilə əlaqəli olmaması da müəyyən edilib. Ekspertlərin rəyinə, görə hər iki variant arasında oxşarlıqlar olsa da, onların meydana gəlməsində bir-birindən asılılıq yoxdur.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər