Türkiyədə son sutka ərzində koronavirusdan 185 nəfər dünyasını dəyişib.
LEQAL.AZ Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb. Ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb. Ölkədə koronavirusdan sağalanların sayı 400 min 242-ə yüksəlib.