Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelu di Souza seçki bülletenlərinin 55,47%-nin hesablanmasından sonra prezident seçkilərində liderlik edir.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bununla bağlı ilkin nəticələri ölkənin Daxili İşlər Nazirliyi elan edib.
Məlumata görə, hazırkı prezident 65,51% səs toplayıb. Onu radikal sağ “Chega” Partiyasının lideri Andre Ventura (12,33%) və hüquqşünas, sabiq-diplomat Ana Qomeş (9,57%) təqib edir.