Dövlət Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

  • Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 29-da Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

    Qəbul saat 11:00-da Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 1/8) keçiriləcəkdir.

    Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (Əlaqə vasitələri: (+994) 36 544 56 29, [email protected]) müraciət etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər