"Səs" qəzeti daim seçilən və sevilən qəzetdir - TƏBRİK

"Səs" qəzeti daim seçilən və sevilən qəzetdir - TƏBRİK
  • Cəmiyyət

  • Müstəqil Azərbaycanın ilk qəzetlərdən olan "Səs" qəzeti nəşrinə başladığı ilk sayından demokratiyanın carçısı, azadlığın səsi olaraq tanınıb, sevilib və seçilib. "Səs" qəzeti Azərbaycanın dövlətçilik tarixində, eləcədə Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapmasında mühüm rol oynayıb. Qəzetin ölkəmizdə demokratik mətbuatın formalaşmasında mühüm yeri və rolu vardır.

    Qəzet Ümummilli Lider Heydər Əliyevin ideyalarının və ölkə Prezidenti İlham Əliyevin xalqa, dövlətə əsaslanan xeyirli, gərəkli siyasətini yüksək səviyyədə geniş oxucu kütləsinə çatdırır. Ona görə də, "Səs" qəzeti cəmiyyətdə sevilir və oxunur. Bütün taleyeklü proseslərdə "Səs" qzəeti xalqın maraqlarının təminatçısı rolunda çıxış edib. Hələ 1990-1993-cü illərdə ölkədə hökm sürən çətin, ağır dövrdə "Səs" qəzeti ümidsizliyə düçar olmuş xalqın haqqa, həqqiqtə söykənən ümid çırağına, informasiya bazasına çevrilmişdir. "91" ziyalının Ulu Öndərimizə tarixi müraciəti və Dahi Öndərimiz Heydər Əliyevin müraciətə cavabı məhz "Səs" qəzetində dərc olmuşdur. O zaman birlik və bərabərliyin tribunası kimi tanınan "Səs" qəzeti Ulu Öndərimiz Heydər Əliyevin milli və dövlətçilik maraqlarının təmin olunmasına yönələn ideyalarının təbliğində mühüm rol oynamışdır.

    Bu baxımdan da Dahi Öndərimiz Heydər Əliyev "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirmiş və "Səs"in Onun üçün ən əziz qəzet olduğunu bildirmişdir. Ənənəsinə sadiq qalan qəzet bu gündə Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin müdirik siyasətinin təbliğində fəallığı ilə seçilir. 44 günlük Vətən Müharibəsi dönəmində "Səs" qəzeti oxucularına düzgün, operativ informasiyalar çatdırmaqla yanaşı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışını, müraciətini cəmiyyətə operativ şəkildə çatdıran qəzet oldu.

    Noyabrın 8-də Şuşanın, noyabrın 9-da isə daha 72 kənd və qəsəbənin, daha 8 strateji yüksəkliyinin işğaldan azad edilməsi ilə düşmənin məhv edilməsi, noyabrın 10-da isə üçtərfli bəyanatın imzalanması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Ermənistan kapitulyasiya aktına qol çəkdi, məğlubiyyətini etiraf etdi. 44 günlük tarixi və möhtəşəm qələbə cəmiyyətdə xalq-ordu birliyi nəticəsində əldə olundu. Xalqı qələbəyə aparan isə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev idi. Əminəm ki, bundan sonra da "Səs" qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub-saxlamaqla fəaliyyətini davam etdirəcək.

    "Səs" qəzetinin kollektivini 30 illik yubuleyi münasibəti ilə təbrik edir, şərəfli qürurverici fəaliyyətlərində uğurları arzulayıram.

    Məşhur Məmmədov,

    Milli Məclisin deputatı
    PAYLAŞ:

    Oxşar xəbərlər