Putin ABŞ-yə yeni səfir təyin etdi

Putin ABŞ-yə yeni səfir təyin etdi
  • Dünya

  • Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə yeni səfir təyin edib.

    Leqal.az  RBC.ru-ya istinadən xəbər verir ki, Putin bununla bağlı Fərman imzalayıb.

    Fərmana əsasən, bu vəzifəni Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev icra edəcək.

    Qeyd edək ki, Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov Vaşinqtondakı missiyasını 2024-cü ilin oktyabrında başa vurub.
    PAYLAŞ:

    Oxşar xəbərlər