Azərbaycan rəssamı Nəvai Metin Özbəkistan Rəssamlar İttifaqına üzv qəbul edilib.
Rəssama bu barədə İttifaq tərəfindən rəsmi bildiriş göndərilib. Bu hadisə onun yaradıcılıq fəaliyyətində yeni mərhələ olmaqla yanaşı, Azərbaycan və Özbəkistan arasında sənət əlaqələrinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.
Beynəlxalq incəsənət layihələrinin təşəbbüskarı olan Nəvai Metin Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi kimi müxtəlif ölkələrin rəssamlarını bir araya gətirən layihələr həyata keçirir. Onun fəaliyyəti mədəni əməkdaşlığın genişləndirilməsinə, xalqlar arasında dostluq və sülh ideyalarının sənət vasitəsilə təbliğinə yönəlib.
Özbəkistan Rəssamlar İttifaqına üzvlük rəssamın beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır.
Nəvai Metinin yaradıcılıq fəlsəfəsinin əsasını isə bir çağırış təşkil edir: “Dünyanı sənət xilas edəcək!”