“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak etməklə bir çox sahələrdə fəal əməkdaşlıq aparırıq

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak etməklə bir çox sahələrdə fəal əməkdaşlıq aparırıq
  • Cəmiyyət

  • Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

    Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.O, çıxışında bugünkü tədbirdə iştirak üçün Rusiya prezidenti Vladimir Putinə dəvətə görə təşəkkürünü bildirmişdir.Dövlətimizin başçısı çıxışında qeyd etmişdir ki,bu gün BAM-ı inşa edənlərin, həyatlarını, gəncliklərini Ümumittifaq tikintisinə həsr edənlərin əhatəsində olmaq mənim üçün böyük şərəfdir.

    Habelə Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik etmək istədiyini bəyan edib.
    Azərbaycan Prezidenti çıxışında bildirib ki,Vladimir Putinin qeyd etdiyi kimi, bu tikinti Sovet İttifaqının bütün respublikalarını birləşdirib, bu, həqiqətən də belədir, onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil.” Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər və iki dəmir yolu stansiyasını inşa ediblər.

    Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub”.

    Dövlətimizin başçısı çıxışında demişdir: “Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.

    Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq – Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb”.

    Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığını bildirən dövlətimizin başçısı çıxışında qeyd edib ki,ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximiz olduğunu və bunu biz çox yüksək qiymətləndirdiyini bildirib.

    O, həmçinin çıxışında onu da qeyd edib ki,bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. “Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak etməklə, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq”.

    “Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, bu gün Vladimir Vladimiroviçlə bu məsələni bir daha ətraflı müzakirə etdiyini vurğulayan dövlətimizin başçısı çıxışında demişdir ki,bu barədə hökumət üzvlərinə müvafiq təlimatlar verildiyini, yaxın vaxtlarda bütün məsələlərin razılaşdırılacağını və daha bir möhtəşəm layihənin icrasına başlayacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Azərbaycan Prezidenti çıxışının sonunda demişdir: “Bildirməliyəm ki, Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.
    Bu tədbirdə iştirak etdiyim üçün bir daha minnətdarlığımı bildirmək, bütün BAM-çıları yubiley münasibətilə təbrik etmək, Azərbaycan, Rusiya və bütün MDB ölkələrinin inşaatçılarına yeni uğurlar və nailiyyətlər arzulamaq istəyirəm”.


    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi 
     



    PAYLAŞ:

    Oxşar xəbərlər