Gürcüstanda koronavirusa yoluxanların sayı 4 780 nəfər artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 780 nəfər artıb
  • Dünya

  • Gürcüstanda ötən sutkada koronavirusa 4 780 yeni yoluxma faktı qeydə alınıb, 3 489 nəfər müalicə olunaraq sağalıb, 37 pasiyent isə vəfat edib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

    Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 123 470-ə çatıb. Yoluxanların 102 270-i sağalıb, 1 161-i isə dünyasını dəyişib.

    Hazırda karantin rejimində 2 114, stasionar nəzarətdə 6 251 nəfər saxlanılır. 3 863 nəfər isə xüsusi otellərdə müalicə olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər