Gürcüstanda koronavirusa yoluxanların sayı 50 minə çatır. Təkcə son sutka ərzində ölkədə daha 2401 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.
Koronavirus diaqnozu qoyulmuş 2 289 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə həyatını itirib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında bildirilib.
Bildirilir ki, bununla ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 49 min 218-ə çatıb.
Onların 33 min 459-u sağalıb, 401-i həyatını itirib.
Hazırda Gürcüstanda 3 min 160 nəfər karantin rejimində, 4 min 89 nəfər stasionardadır.
Xəstəliyi simptomsuz keçirən 2 446 nəfər isə xüsusi otellərdə həkim nəzarətində saxlanılır.