Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı yenidən artıb

Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı yenidən artıb
  • Dünya

  • Gürcüstanda son sutkada koronavirusa 2 min 295 yeni yoluxma halı təsdiqlənib, 2 537 nəfər sağalıb, 19 xəstə dünyasını dəyişib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

    Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 46 min 817 nəfərə çatıb. Həmin şəxslərin 31 170-i sağalıb.

    Pandemiya qurbanlarının sayı isə 381-ə çatıb.

    Hazırda Gürcüstanda 3004 nəfər karantin zonalarında, 4 min 355 nəfər isə stasionar nəzarətdə saxlanılır. Daha 2 min 428 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər