Rusiya Liberal Demokrat Partiyası liderləri olan Vladimir Jirinovskinin ölüm xəbərini qətiyyətlə təkzib edib. Partiyadan bildirilib ki, bir saat əvvəl həkimlər onu planlı prosedura göndəriblər. Vəziyyəti isə stabildir. Qeyd olunur ki, səhhəti, gerçəkdən də ağır olsa da, sağlamlığında dəyişiklik yoxdur.
Rusiya Səhiyyə Nazirliyi də siyasətçinin durumu ilə bağlı açıqlama yayaraq səhhətinin stabil olduğunu bildirib.
“Həkimlər Vladimir Volfoviçə bu şəraitdə gərəkli olan tibbi yardımı göstərməkdə davam edirlər”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, özünün “Telegram” kanalında Jirinovskinin ölüm xəbərini yayan senator Aleksandr Pronyuşkin sonradan paylaşımını silib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə LDPR liderinin ölümünü təkzib edib.
13:01
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Rusiya Dövlət Dumasında eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski bu gün yerli vaxtla 10.45-də (Bakı vaxtı ilə 09:45) vəfat edib.
Bu barədə “Mash” Telegram kanalı xəbər yayıb.
Bildirilir ki, 75 yaşlı siyasətçi bir gün əvvəl komaya düşüb. Onun komadan ayılmadığı deyilir.
Senator Aleksandr Poryuşkin də xəbəri təsdiqləyib.