Ruslar bir il ərzində rekord sayda “Rolls-Royce” avtomobili alıblar. Şirkətin açıqlamasında bildirilir ki, 2021-ci ilin sonunda avtomobil istehsalçısı dünya və Rusiya bazarlarında satış rekordu qeydə alıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə artım 49 faiz təşkil edib. Üstəlik, Rusiya şirkətin Avropada ən böyük bazarına çevrilib. Bu barədə Lenta.ru xəbər verir.
Lüks avtomobil istehsalçısı “Rolls-Royce Motor Cars”, koronavirus pandemiyasına baxmayaraq qlobal tələbatın artdığını qeyd edir. Şirkətin rəhbəri Torsten Müller-Otvos bildirib ki, avtomobil istehsalçısı 50-dən çox ölkədə müştərilərə 5 586 avtomobil satıb ki, bu da brendin 117 illik tarixində ən yüksək göstəricidir.
Satış artımı bütün bazarlarda, o cümlədən Çin, Amerika, Asiya-Sakit okean və digər bazarlarda qeydə alınıb. Şirkət izah edib ki, əsas qlobal bazarlarda premium və lüks avtomobillərin satışındakı artım, varlı istehlakçıların səyahət məhdudiyyətləri səbəbindən daha çox sərbəst gəlir əldə etməsi ilə bağlıdır.
“2021-ci il Rolls-Royce Motor Cars üçün fenomenal olub”, - deyə Torsten Müller-Otvos bildirib. /virtualaz.org
LEQAL.AZ