Qazaxıstanda iğtişaşlarda 7 939 nəfər saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları Almatıda Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə 2 bazarda 207 nəfəri saxlayıb.
Oğurlanmış 5 avtomobil, maddi dəyərli əşyalar və silahlar müsadirə edilərək götürülüb.