“Tokayev qərarları özü qəbul edir”

“Tokayev qərarları özü qəbul edir”
  • Dünya

  • Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev qərarları müstəqil qəbul edir. Bu barədə onun mətbuat katibi Berik Uali deyib.

    “Dövlət başçısının son qərar və müraciətlərinin bloqsferadakı müxtəlif şərhləri ilə əlaqədar olaraq, bunları qeyd etməyi zəruri hesab edirəm: Qasım-Jomart Tokayev dövlətin ən yüksək vəzifəli şəxsi, Təhlükəsizlik Şurasının sədridir. Və bu vəzifədə o, müstəqil qərarlar qəbul edir. Quldurların konstitusiya quruluşunu sarsıtmaq məqsədi ilə Qazaxıstana hücumunun faciəli günlərində də belə idi. Ənənəvi olaraq, o, bütün müraciətlərini məsləhətçilərin dəstəyinə müraciət etmədən həmyerlilərinə özü yazıb”, - Oali bildirib. /virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər