ABŞ-ın Kolorado ştatında atışma azı 5 nəfərin həyatına son qoyub.
Denverin müxtəlif yerlərində 3 nəfər atışmanın qurbanı olub, daha iki nəfər ağır yaralanıb. Leykvud şəhərində də iki nəfər həlak olub. Bunlardan əvvəl orada naməlum şəxs polisi güllələyib. Hüquq-mühafizə orqanının əməkdaşı sağ qalıb.
Yerli polis idarəsinin rəhbəri Paul Peisen qeyd edib ki, ilkin məlumata görə, hadisələrdə bir nəfərin əli var. Həmin şəxs şəhər ətrafında hərəkət edərək yerli sakinləri güllələyib və sonra Leykvudda polislə toqquşmada öldürülüb.
“O, öldürülənlərin ümumi siyahısına daxil edilib və son dərəcə vəhşi cinayətlərə görə məsuliyyət daşıyır”, - deyə hüquq-mühafizə orqanı rəsmisi vurğulayıb./oxu.az
Mənbə: Fox News