Yunanıstanın Paros adasının sahillərində yelkənli qayığın qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub.
Yerli sahil mühafizəsinin məlumatına görə, 63 nəfər xilas edilib.
Ümumilikdə qayığın göyərtəsində 80-ə yaxın miqrant olub. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Bu, son bir həftədə 3-cü belə hadisədir. Bu müddət ərzində ümumilikdə 30 mühacir həlak olub.
Mənbə: The Guardian