Braziliyada Milad şənlikləri zamanı baş verən atışma 5 nəfər ölüb

Braziliyada Milad şənlikləri zamanı baş verən atışma 5 nəfər ölüb
  • Dünya

  • Braziliyanın Fortaleza şəhərində Milad şənlikləri zamanı baş verən atışmada 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

    “Leqal” xəbər verir ki, bu barədə “Associated Press” Seara ştatının İctimai Təhlükəsizlik Katibliyinin məlumatlarına istinadən yazır.

    Qeyd olunub ki, öldürülən iki nəfər əvvəllər müxtəlif cinayətlərə, o cümlədən qanunsuz silah alveri və kriminal cəmiyyətdə iştiraka görə mühakimə olunublar.

    Üç nəfərin həbs olunduğu da bildirilir. Yerli media hadisənin cinayətkar dəstələr arasında baş verən münaqişə ilə bağlı olduğunu ehtimal edir. (Report)

    PAYLAŞ:

    Oxşar xəbərlər