İsrail Dəməşqə raket zərbəsi endirdi

İsrail Dəməşqə raket zərbəsi endirdi
  • Dünya

  • İsrail Hərbi Hava Qüvvələrinə məxsus dörd F-16 qırıcısı Dəməşq hava limanı yaxınlığına səkkiz qanadlı raketlə zərbə endirib.

    “Leqal”  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyadakı Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.

    Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri "Pantsir-S" komplekslərindən İsrail aviasiyasının atdığı yeddi mərmini məhv edib.

    “Hava hücumu nəticəsində maddi əmlak anbarına ziyan dəyib, bir nəfər həlak olub”, - deyə Kulit əlavə edib./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər