Əfqanıstandakı vəziyyət Putini narahat edir

Əfqanıstandakı vəziyyət Putini narahat edir
  • Dünya

  • Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib. Bu barədə “TASS” xəbər verir.

    O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar zamanı bildirib.

    Putinin sözlərinə görə, Rusiya xüsusilə terror, narkotik və mütəşəkkil cinayətkarlıq problemlərindən narahatdır. O vurğulayıb ki, Rusiya və Hindistanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşür.

    Rusiya lideri əlavə edib ki, Rusiya və Hindistan öz ərazilərində birgə hərbi təlimlər keçirir və bu yaxınlarda 2+2 formatında (müdafiə və xarici işlər nazirləri – Red) görüşü tərəflərin belə əlaqələri inkişaf etdirmək istəyini vurğulayır.
    PAYLAŞ:

    Oxşar xəbərlər