G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı birgə bəyanat yaydı

G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı birgə bəyanat yaydı
  • Maraqlı / Dünya

  • Bu gün G7 ölkələri Əfqanıstandaki vəziyyətlə bağlı keçirdikləri virtual toplantıdan sonra birgə bəyanat yayıb.

    LEQAL.AZ  xəbər verir ki, bəyanatda Əfqanıstan xalqının, xüsusilə, son iyirmi ildə qadınlar və qızlar üçün əldə olunan siyasi, iqtisadi və sosial nailiyyətlərdən sonra ləyaqət, sülh və təhlükəsizlik içində yaşamağa layiq olduğu vurğulanır:

    "Əfqanıstan bir daha nə terror üçün sığınacaq, nə də başqalarına qarşı terror hücumlarının mənbəyi ola bilməz. Tərəfdaşlarla, xüsusən NATO müttəfiqləri ilə işləyərək, harada olursa-olsun, qətiyyətlə və həmrəyliklə terrorla mübarizəyə davam edəcəyik. Gələcəkdə qurulacaq hər hansı Əfqanıstan hökuməti ölkənin beynəlxalq öhdəliklərinə və terrorizmdən qorunma öhdəliyinə riayət etməlidir. Başda qadınlar, uşaqlar, etnik və dini azlıqlar olmaqla, bütün əfqanların insan haqları, qanunun aliliyi qorunmalı, maneəsiz və qeyd-şərtsiz humanitar çıxışa icazə verilməli, insan və narkotik alverinə qarşı effektiv mübarizə aparılmalıdır”.

    G7 liderləri Əfqanıstandakı bütün tərəfləri qadınların və azlıq qruplarının iştirakı da daxil olmaqla, əhatəli və təmsilçi bir hökumət qurmaq üçün vicdanla işləməyə çağırıb: “Biz müttəfiqlərimiz və regional ölkələrlə birlikdə BMT, G20 vasitəsilə və daha geniş şəkildə beynəlxalq ictimaiyyəti bir araya gətirərək Əfqanıstanın qarşısında duran kritik sualları həll etməyə çalışacağıq. Xüsusilə, bir daha təsdiq edirik ki, “Taliban” terrorizmin qarşısının alınması ilə bağlı hərəkətlərinə görə, xüsusən qadınlar, qızlar və azlıqların hüquq və azadlıqlarına, eyni zamanda Əfqanıstanda əhatəli siyasi nizamlanma səyləri ilə bağlı hərəkətlərinə görə cavabdeh olacaq. Gələcək hər hansı bir hökumətin legitimliyi, Əfqanıstanın sabitliyini təmin etmək üçün beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün göstərəcəyi yanaşmadan asılıdır".
    PAYLAŞ:

    Oxşar xəbərlər