Ermənistanda “Vətəndaş müqaviləsi” fraksiyası ölkənin Baş nazirinin müavini Mqer Qriqoryanın Rusiyaya səfərinin nəticələrini müzakirə etmək üçün dünən görüş keçirib.
“Leqal” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, görüş gecə saatlarına qədər davam edib.
Qəzet yazır ki, görüşdə iştirak edənlərdə belə bir təəssürat yaranıb ki, Bakı ilə imzalanacaq daha bir sənəd hazırlanır, lakin bununla bağlı əsaslı müzakirələr aparılmayıb.
Bununla yanaşı, görüşdə əsas olaraq ölkənin Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edib.
“Baş nazirin müavini Mqer Qriqoryanın yaxın vaxtlarda baxılması üçün kommunikasiyaların açılması üzrə komissiyaya təqdim etməsi üçün “bəzi məsələlər üzrə birgə qərarın” qəbul edilməsinin zəruriliyindən danışılıb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 1-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin növbəti görüşü olub. Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisinin yaydığı məlumata görə isə, Üçtərəfli İşçi Qrupunun iclası yaxın günlərdə davam etdiriləcək./qafqazinfo