Fransada nindza paltarlı şəxs polislərə hücum etdi

Fransada nindza paltarlı şəxs polislərə hücum etdi
  • Dünya

  • Fransanın şimal-qərbindəki Şerburq kommunasında nindza paltarı geyinmiş, qılıncla silahlanmış şəxs polislərə hücum edib. Bu barədə Fransa mətbuatı yazıb. Nəticədə iki qadın polis yaralanıb. Hadisə polislərin avtomobil oğurlamaqda şübhəli bilinən kişini saxlamağa çalışarkən baş verib. Nindza kostyumu geyinmiş, əlində qılınc olan şəxs oğurlanmış avtomobildən düşərək polis əməkdaşlarının yanına gedib, daha sonra onlara xəsarətlər yetirib.

    Maşında həmkarlarını gözləyən üçüncü polis həmin şəxsə atəş açıb, o, ağır yaralanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər