Rusiya və Ukrayna arasında Donbas gərginliyi davam edir.
"Leqal" xəbər verir ki, Rusiya sərhəddə hərbi qüvvələrinin sayını artırdığı vaxt Ukrayna tərəfi yeni savaşın anonsunu verib.
Ukrayna mediası rus ordusunun ölkəni mühasirəyə aldıqdan sonra hücuma keçəcəyini iddia edib. ABŞ da rəsmi Kiyevi Rusiyanın mümkün hücumuna qarşı xəbərdar edib. Xəbərdarlıqdan cəmi bir neçə gün sonra məlum olub ki, ABŞ hərbçiləri Donbasda ukraynalı həmkarları ilə birgə yoxlama keçirib.
Məlumata görə, ABŞ ordusunun komandanlığında yüksək rütbəli zabitləri gərginliyin mərkəzi olan Donbasa gəliblər. Amerikalı mütəxəssislər Ukraynanın döyüş mövqelərinə baxış həyata keçiriblər.
Məslə ilə əlaqədar hələlik rəsmi açıqlama verilməsə də, ABŞ hərbçilərinin bölgədəki fəaliyyətinin Rusiya ilə münasibətləri daha da gərginləşdirəcəyi və bölgədəki gərginliyi artıracağı bildirilir.teleqraf