ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində Milad paradında avtomobilin izdihamı vurmasından sonra azı 28 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
“Leqal” xəbər verir ki, bu barədə bazar günü yerli xəstəxanaların nümayəndələrinə istinadən CNN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı bir neçə nəfər ölüb.
Qeyd edilir ki, yaralılardan üç nəfərin vəziyyəti kritik, dörd nəfərin vəziyyəti ağır, altı nəfərin vəziyyəti isə orta-ağırdır. Şəhərin polis idarəsinin rəisi Den Tompson insident nəticəsində bir neçə nəfərin öldüyünü bildirərək, hüquq-mühafizə orqanlarının hələlik ölənlərin dəqiq sayı barədə məlumatı açıqlamağa hazır olmadığını vurğulayıb.
İlkin olaraq 23 nəfərin 11 böyüyün və 12 uşağın xəstəxanalara çatdırıldığı bildirilirdi.
Polisin məlumatına görə, saat 16:39-da (Bakı vaxtı ilə bazar ertəsi saat 02:39) qırmızı avtomobil Uokeşada Milad paradının iştirakçılarını vurub. Polis onu saxlamağa müvəffəq olub.
Ağ Evin sözçüsü vurğulayıb ki, federal hakimiyyət Uokeşadakı vəziyyətin inkişafını "yaxından izləyir". ABŞ Federal Təhqiqat Bürosunun Viskonsin bölməsi tvitterdə bildirib ki, onun əməkdaşları “standart təcrübənin bir hissəsi kimi yerli hüquq-mühafizə orqanlarını dəstəkləyir”.report