"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək

"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək
  • Dünya

  • Taliban hərəkatının rəsmilərindən ibarət nümayəndə heyəti Əfqanıstanla bağlı Moskva formatında keçiriləcək görüşdə iştirakçı ölkələrdən iqtisadi və siyasi dəstək istəmək niyyətindədir.
     
    Leqal.az xəbər verir ki, bu barədə TASS-a "Taliban" hərəkatının nümayəndəsi, məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid məlumat verib.
     
    Onun sözlərinə görə, ölkə iqtisadiyyatının əlavə dəstəyə ehtiyacı var.
     
    Mücahid Əfqanıstanın bölgənin təhlükəsizliyi və sabitliyində əhəmiyyətli rol oynadığını vurğulayıb.
     
    Rusiya Xarici İşlər Nazirliyi Moskva formatına bölgənin 10 ölkəsindən nümayəndələrin qatılacağını gözləyir. Moskva formatı 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistan xüsusi nümayəndələri tərəflərndən məsləhətləşmə mexanizmi əsasında yaradılıb./modern.az
    PAYLAŞ:

    Oxşar xəbərlər