Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə keçirilən mitinq başa çatıb

Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə keçirilən mitinq başa çatıb
  • Dünya

  • Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək olaraq “Mişaya azadlıq!” şüarı altında keçirilən kütləvi mitinq başa çatıb.

    Leqal.az report-a istinadən xəbər verir ki, üç saatdan çox davam edən aksiyada on minlərlə insan iştirak edib.

    Genişmiqyaslı mitinqə dövlət himninin canlı oxunması ilə yekun vurulub.

    Sonda çıxış edən Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya deyib ki, üçüncü prezidentin həbsdə qalacağı müddətdə Gürcüstanda əmin-amanlıq hökm sürməyəcək.

    O qeyd edib ki, eks-prezident azadlığa buraxılmayana qədər mübarizə dayandırılmayacaq.

    VMHP sədri aksiyaya qatılan müxalifət partiyalarının nümayəndələri və sıravi vətəndaşlara təşəkkürünü bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər