Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçiriləcək

Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçiriləcək
  • Siyasət

  • Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.

    Leqal.az report-a istinadən xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.

    Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.

    Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.

    Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər