Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır

Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır
  • Siyasət

  • Tbilisidə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçiriləcək kütləvi aksiyanın iştirakçıları Azadlıq meydanında toplaşmağa başlayıb.

    Leqal.az report-a istinadən xəbər verir ki, hazırda aksiyaçılar bir neçə istiqamətdən “Mişa!” şüarı səsləndirərək meydana doğru yürüş edirlər.

    Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqdə müxalifətçilər və sabiq prezidentin tərəfdarları iştirak edirlər.

    “Mişaya azadlıq!” şüarlı mitinqə müxtəlif bölgələrdən çoxsaylı iştirakçılar qatılıb.

    Aksiyada M.Saakaşvilinin müraciəti oxunacaq.

    Mitinqlə bağlı şəhərin Respublika meydanından Azadlıq meydanına qədər olan mərkəzi avtomobil yolu bir neçə saat öncə bağlanıb. Meydan ətrafına əlavə polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.

    Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavi həbsxanasındadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər