Rusiya Prezidenti Vladimir Putinin portreti ermənilər tərəfindən təhqir olunub.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Ermənistan ərazisində yerləşdirilən və üzərində “Rusiya-Ermənistan” “dostluğ”unu simvolizə edən, hər iki ölkənin bayraqlarının və Putinin rəsmi olan bilborda yerli əhali tərəfindən rus dilində söyüş yazılıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi bu fotoya gülüşlə yanaşıbsa, digər qism ermənilərin bu hərəkətini təəccüblə qarşılayıb.
Ermənidilli sosial şəbəkə istifadəçiləri isə vandalizm aktını yüksək dəyərləndirərək bu hərəkəti edənlərə təriflər yağdırıblar.
Sözügedən fotonu təqdim edirik:
oxu.az