LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, Kiyevdə “Land Rover” markalı avtomobilin sürücüsü Azadlıq meydanında yoldan çıxaraq maşını piyadaların üzərinə sürüb.
Bu barədə “Hromadske” məlumat yayıb.
Hadisə zamanı sözügedən avtomobil ən azı dörd maşına çırpılıb. Nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb.
Sürücünün alkoqol testinin mənfi nəticə verdiyi bildirilir. Sürücü özü isə sükan arxasında olarkən huşunu itirdiyini qeyd edib.