Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətindəki bir məktəbdən 100-dən çox şagird və bir neçə müəllim qaçırılıb.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə şahidlərə istinadən Nigeriyanın "Blueprint" xəbər portalı məlumat yayıb.
Məlumata görə, silahlı hücum dərs zamanı baş verib.
Zamfara əyalətinin qubernatoru bütün ibtidai və orta məktəblərin müvəqqəti bağlanması barədə əmr verib. Eyni zamanda 13 rayonda saat 18:00-dan 06:00-dək hərəkətə məhdudiyyətlər qoyulub.
Nigeriyada məktəb və universitetlərə hücumlar son aylarda daha tez-tez baş verir. Bu ilin əvvəlindən bəri ölkənin müxtəlif yerlərində məktəb və universitetlərdən 1000-dən çox adam qaçırılıb./report